EN

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1 milyard 881 milyon 674 min manat

Bakı.Trend:

Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyəhesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görəbankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyəbazarında rəqiblərini geridə qoyaraq banklar arasında lidermövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinənail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm dəqeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ciildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3%artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manathəcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manatayüksəlib.

Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydəalınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəninbirinci bankı 315 milyon manat xalis mənfəət əldə edib. Bu, bankın2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən68,9% daha çoxdur.

Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 minmanata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207min manat təşkil edib. Artıma daha çox istehlak və bizneskreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlakkreditlərinin payına düşüb.

Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manattəşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərindepozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda,fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823min manata çatıb.

2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bugöstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankınkapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.

2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalınınadekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankınnüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətlifaktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməkləyanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilərüçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün – https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Məqalədə:
Chosen
86
23
az.trend.az

10Sources