EN

ABŞ vizası olan 55 milyon insana xəbərdarlıq edildi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Birləşmiş Ştatlar hökuməti ABŞ vizası sahiblərini daim yoxlayır və qanun pozuntu aşkar olunarsa, onları ləğv edir.

Oxu.Az xəbər verir ki, məlumatı "RIA Novosti" yayıb.

"Hazırda 55 milyon insanın ABŞ vizası var və onlar daim yoxlanılırlar. Qanunu pozsalar, viza ləğv olunacaq", - deyə Dövlət Departamentinin təmsilçisi Yan Beytsonun açıqlamasında bildirib.

Y.Beytson prezident administrasiyasının vizalarını hüquq deyil, imtiyaz hesab etdiyini vurğulayıb.

Dövlət Departamentinin sözçüsü bildirib ki, 2025-ci ildə agentlik 100 min vizanı ləğv edib ki, bu da 2024-cü ildəki rəqəmdən iki dəfə çoxdur. Ləğv edilənlər arasında 8 000 tələbə vizası və 2 500 iş vizası olub.

Yanvarın 14-də ABŞ Dövlət Departamenti Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrant vizalarının verilməsini dayandırıb. Bu qərar yanvarın 21-dən qüvvəyə minəcək və qeyri-müəyyən müddətə qüvvədə qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
oxu.az

1Sources