EN

Ağdamda yaşayış məhəlləsinin infrastruktur işlərinə 9,3 milyon manat xərclənəcək

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi (PHŞ) Ağdamda F-2 yaşayış məhəlləsinin infrastruktur və abadlaşdırma işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, xidmətlərin icrası “Körpü-Bina-Tikinti” MMC-yə tapşırılıb.

Satınalmanın ümumi dəyəri 9 milyon 321 min 499 manatdır.

Layihəyə əsasən, Ağdam rayonu, Ağdam şəhəri, F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektlərinin, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su təchizatı, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma), yol və səkilərin, yaşıllıq salınması və abadlaşdırma işlərinin icrası nəzərdə tutulub.

Chosen
109
1
nocomment.az

2Sources