EN

Azərbaycanla Naxçıvan arasında əlaqələrin açılmasına hazırıq - Paşinyan

Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək üçün siyasi iradəsini bir daha təsdiqləyib.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin iclasındakı çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz bu istiqamətdə, o cümlədən dəfələrlə qeyd etdiyimiz prinsiplərə əsaslanaraq, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz ünsiyyətin təmin edilməsində hazırıq, qətiyyətliyik və birmənalı şəkildə irəliləyirik. Bizim yanaşmamız budur ki, burada da münaqişə məntiqindən uzaqlaşıb sülhə uyğun normal mühitə və düşüncə tərzinə keçməliyik”, - deyə Paşinyan bildirib.

İlahə QənbərliMissiya.Az

Chosen
111
missiya.az

1Sources