EN

Eldar Zülfüqarov Çempionlar Liqasının oyununda

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov bu gün Çempionlar Liqasının oyununda baş hakim funksiyasını yerinə yetirəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov Türkiyədə keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin "Eczacıbaşı" (Türkiyə) və "Olimpiakos" (Yunanıstan) klubları arasında baş tutacaq qarşılaşmada baş hakim olacaq.

Qeyd edək ki, görüşün ikinci hakimi vəzifəsini isə polşalı Voyçex Maroşzek icra edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
sport24.az

1Sources