EN

Çində avtomobil qiymətləri ucuzlaşdı

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Çin bazarında avtomobil qiymətləri aşağı düşüb. 

Avtosfer.az xəbər verir ki, həm ənənəvi Çin markaları, həm də istehsalı Çində yerləşən şirkətlər bir neçə gündür ciddi qiymət endiriminə başlayıblar.

Lakin endirim istehsalçıya heç də asan başa gəlmir.

Çin hökumətinin ötən oktyabrda verdiyi qərar avtomobili maya dəyərindən aşağı satmağı qadağan edir. Buna görə də istehsalçılar qiyməti çox endirməsələr də, kredit şərtlərini yumşaldırlar.

Fevralda Çin təqvimi ilə Yeni il gəlir. Bu müddətdə ölkədə alış-veriş zəifləyir. Buna görə də, istehsalçılar yaxın 3 həftə ərzində maksimum satış həyata keçirməyə çalışırlar. 

Belə fürsət alıcılar üçün müvəqqəti imkan olsa da, endirimlər istehsaçılar üçün ciddi dözümlülük testidir. Yaxın illərdə 150 istehsalçıdan neçəsinin qalacağını zaman göstərəcək.

Vüqar

Oxunub 34

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
avtosfer.az

1Sources