EN

“Bavariya”da ciddi itki

“Bavariya”nın futbolçusu Konrad Laymer zədələnib.

Msport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən gecə Bundesliqanın XVII turunda “Köln”lə matçda sıradan çıxıb.

Bu haqda komandanın baş məşqçisi Vensan Kompani danışıb. O, Laymerin budunda ağrı hiss etdiyini və bu gün tibbi müayinədən keçəcəyini bildirib.

Qeyd edək ki, Laymer cari mövsüm 16 matçda 2 qol vurub və 4 qolun ötürməsini verib. O, 2025-ci ildə Avstriyada ilin oyunçusu seçilib.

Chosen
105
2
msport.az

3Sources