EN

Qırmızı işıqda yolayrıcına girən sürücü az qala qəza törədəcəkdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 23-də saat 11:34 radələrində qeydə alınıb. Kadrdan aydın görünür ki, 90-MY-696 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub.

Belə ki, sürücü işıqforun tələbinə məhəl qoymadan yolayrıcına daxil olub, daha sonra isə geriyə doğru manevr edərək hərəkətini davam etdirib. Nəticədə, hərəkət üstünlüyünə malik olan digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaranıb.

Nərmin

Oxunub 220

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
122
avtosfer.az

1Sources