EN

Soyqdəymənin səbəbi soyuq hava deyil -Professor

Madridin Avtonom Universitetinin professoru Ester Qomes bildirib ki, soyuq hava birbaşa olaraq soyuqdəymə xəstəliyini törətmir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Deia"nəşri yayıb.

Professor Qomes izah edib ki, soyuq hava birbaşa xəstəliyə səbəb olmasa da, onun inkişafı üçün əlverişli mühit yaradır. Belə ki, insan orqanizmində patogenlərin daxil olmasının qarşısını alan təbii baryerlər mövcuddur və qış aylarında bu qoruyucu sistem zəifləyir.

Onun sözlərinə görə, qış aylarında insanlar evdə daha çox vaxt keçirir, pəncərələri açmır və otaqları havalandırmırlar. Bu şərait patogenlərin orqanizmə daxil olmasını asanlaşdırır. O əlavə edib ki, bir çox insanlar yayda da xəstələnir, çünki soyuqdəyməyə səbəb hava deyil, xəstəlik törədən mikroorqanizmlərdir.

Aytəkin TOFİQQIZI

Chosen
138
1
redaktor.az

2Sources