Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin baş məşqçisi olduğu komanda daha bir məğlubiyyətə imza atıb.Joze Mourinyonun yetirmələri rəqib meydanda “Porto”ya məğlub olub. Portuqaliya Kuboku uğrunda oynanılan matçda “Porto” “Benfika”nı 1:0 hesabı ilə məğlub edib. 63 yaşlı məşqçi həmişə olduğu kimi bu dəfə də gühanı özündə görməyib. O, çox yaxşı oynadıqlarını, rəqibə nəfəs aldırmadıqlarını bildirib. Mourinyo meydanda bəxtləri gətirmədiyi üçün məğlub olduqlarını deyib. Portuqaliya mediası baş məşqçinin bu sözlərini sərt tənqid edib. Yerli KİV mövsümün sonunda Joze Mourinyonun yola salınacağını istisna etməyib. Qeyd edək ki, Joze Mourinyonun komandası Portuqaliya çempionatında da uğursuzluq zolağından çıxa bilmir. Mourinyonun yetirmələri böyük komandalarla oynadıqları 5 matçın heç birində qaləbə qazana bilməyib.
Hazırda “Benfika” ölkə çempionatında lider “Porto”dan 10 xal geridə qalır.