EN

“Həmin məlumat həqiqəti əks etdirmir” – ABŞ-nin Bakıdakı səfirliyi


“ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşım edib.
“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 21 yanvardan etibarən 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsinin müvəqqəti olaraq dayandırılacağını açıqlayıb.
Chosen
27
23
yeniavaz.com

10Sources