EN

Latviya rusdilli radio yayımını dayandırmağı təklif edir

Latviyada rusdilli radio yayımının mərhələli şəkildə dayandırılması təklif olunub.

QHT.az xəbər verir ki, Latviya Milli Elektron Kütləvi Media Şurasının rəhbəri İvars Aboliņš parlamentə müraciət edərək rusdilli radiostansiyaların lisenziyalarının yenilənməməsini və yayımın 2034-cü ilə qədər tam dayandırılmasını təklif edib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən 40 radiostansiyadan 13-ü rus dilində yayımlanır. Aboliņš bunu rusdilli yayımı dayandırmağın yeganə hüquqi yolu kimi qiymətləndirir.

Qeyd edək ki, Latviya hakimiyyəti artıq dövlət mediasında rusdilli yayımı qadağan edib və bu addımı milli təhlükəsizliklə əsaslandırır.

Chosen
75
qht.az

1Sources