EN

Xomeyninin sirli çağırışı: Şahın oğlu 48 il sonra taktikanı təkrarladı VİDEO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranda İslam İnqilabının lideri Ruhullah Xomeyninin Fransada sürgündə olduğu müddətdə qeydə alınan yeni görüntüləri yayılıb. 

Globalinfo.az xəbər verir ki, görüntülərin İslam İnqilabından bir il öncəyə – 1978-ci ildə aid olduğu bildirilir.

Xomeyni videoda ABŞ rəhbərliyinə səslənərək İranda xalqın əzildiyini deyir və şah rejiminin devrilməsi üçün kömək istəyir: 

“ABŞ xalqından Prezident Cimmi Karterə İran millətinin əzildiyini demələrini istəyirik. Xalqımız təzyiq altında yaşayır. Azadlığı əlindən alınmış, müstəqil olmayan bir xalq kimi insanlarımız şəhid olur. Təzyiq və zülüm altında yaşayan xalqımız zalımlardan öz haqqlarını geri tələb edir. Millətimiz azadlıq istəyini dilə gətirir”.

Xomeyninin bu müraciəti hazırda keçmiş şahın ABŞ-da yaşayan oğlu Rza Pəhləvinin Ağ Ev rəhbərliyinə müraciəti fonunda xüsusi diqqət çəkir. Pəhləvi də son zamanlarda ABŞ hökumətini İrandakı etirazlara dəstək verməyə, rejimin fəaliyyətinə müdaxilə etməyə çağırır. Şahın oğlunun müraciətinin Xomeynininki ilə bənzərliyi isə maraq doğurur. O, İran rəhbərliyinin xalqı təzyiq altında saxladığını, qətliamlar həyata keçirdiyi, ölkədə vəziyyətin getdikcə pisləşdiyini və xalqın azadlıq istədiyini vurğulayır.

Eyni fikirlər məhz inqilabdan öncə də səsləndirilməsi və şah rejiinə müdaxilə üçün məhz bu məzmunla ABŞ-a çağırış edilməsi diqqət çəkir.

Xomeyninin görüntülərini təqdim edirik:

https://cdn.globalinfo.az/2026/01/ssstwitter.com_1768471608173.mp4

Ayşən Mustafa

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
97
globalinfo.az

1Sources