EN

ABŞ səfirliyi viza məsələsinə aydınlıq gətirib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, bu ifadələr ABŞ-nin Azərbaycandakı səfirliyinin məlumatında vurğulanıb: "Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız miqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-miqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-miqrant viza müraciətlərinin qəbulu davam edir". Xatırladaq ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün miqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
1
azvision.az

10Sources