EN

Azərbaycanda bu iki qida risk siyahısında... Hər evdə var

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda bir çox insan xəstələnəndə limonlu çay və ya zoğal mürəbbəsinə üstünlük verir. Ancaq son vaxtlar bu üsulların zərərli olduğu ilə bağlı fikirlər yayılır. Bildirilir ki, limon boğazı qıcıqlandırır, zoğal isə qanda laxtalanma yaradır.

Bu iddialarda reallıq payı varmı? Xəstəlik zamanı xalq arasında yayılmış bu vasitələrdən tam imtina etmək lazımdır?

Globalinfo.az-a danışan apiterapiya və təbii müalicə üzrə tanınmış həkim, “Doktor Seyfəddin Klinikası”nın rəhbəri Seyfəddin Əsəd bildirib ki, bu iddialar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, limon və zoğal mürəbbəsi insan sağlamlığına müsbət təsir göstərir:

“Zoğal və limonla müalicə olunmaq düzgündür. Hətta tövsiyə edərdim ki, xəstələr ilk növbədə virusu məhv etmək üçün burunlarına soğan suyu damcılatsınlar. Uşaqlar üçün bunu bir balaca su ilə qarışdıraraq tətbiq etmək olar. Hər iki saatdan bir təkrar etməklə bir gündə sağalmaq mümkündür. Bundan başqa, 3 faizli perekis də eyni qayda ilə tətbiq edilə bilər. Xəstələr əvəlik şorbası, sulu xəngəl, zoğal və qırmızı moruq mürəbbəsi, limonlu çay qəbul etməlidirlər. Xəstəlik zamanı banka qoymaq, ayaqları isti suya salmaq və tərlədici vasitələrdən istifadə də faydalıdır. Soda ilə qarışdırılmış suya 4-5 damcı yod əlavə etməklə qarqara etmək də tövsiyə olunur”.

Seyfəddin Əsəd

Mütəxəssis deyib ki, xəstələnən zaman yaxşı tərləmək çox önəmlidir:

“Bununla xəstələnən insanlar bir günə özlərinə gələ bilərlər. Ümumilikdə isə limon və zoğal qadağan deyil. Soyuqlamanın birinci dərmanı C vitaminidir, onun da ən yaxşı mənbəyi limondur. Zoğal mürəbbəsi isə bir həyatdır. 100 illərdir camaat özünü bu üsulla sağaldırsa, necə ziyan ola bilər?”

Qeyd edək ki , zoğal (latınca Cornus mas) Azərbaycanda və Qafqaz regionunda min illərdir ki, kənd əhalisinin qida və xalq təbabəti təcrübəsində yer alıb. Belə ki, bu bitkinin meyvələri və məhsulları ənənəvi müalicə vasitəsi kimi 1000 ildən çoxdur istifadə olunur. Həm Qafqazda, həm də Orta Asiya xalqlarında bu barədə etnomedikamental mənbələr var.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
136
globalinfo.az

1Sources