EN

Ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin əhatə dairəsi genişləndirildi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Minatəmizləmə fəaliyyəti haqqında" 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq, zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar.

Həmçinin heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə ediləcək.

Belə ki, digər normativ hüquqi aktların tələblərinə əməl etmək şərti ilə minatəmizləmə fəaliyyətində heyvanlardan partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun olaraq istifadə edilməsi həyata keçirilə biləcək.

Digər dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyəti nəticəsində zərərçəkmiş şəxslər dövlət xəstəxanalarında ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcəklər. "Minatəmizləmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
90
oxu.az

1Sources