EN

Polis Kanberrada 10-dan çox partlayıcı qurğu aşkarladı

Bakı. Trend:

Avstraliyanın Kanberra şəhərinin şimal-qərbində hüquq mühafizəorqanları son iki gün ərzində on bir ədəd kustar üsullarhazırlanmış partlayıcı qurğu aşkar edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Hələlik heç kimə zərər yetirməmiş kiçik bombalar ictimaiyerlərdə — yaşayış məhəllələrində, səkilərin və piyada yollarınınyaxınlığında, həmçinin şəhər parklarında tapılıb. Polisvətəndaşları ayıq-sayıq olmağa çağırıb.

“Xəsarət alanlar barədə məlumat daxil olmayıb, lakin buqurğuların istənilən şəxsin onu basdalaya və ya əlinə ala biləcəyiictimai yerlərdə qoyulması bizi ciddi şəkildə narahat edir”, - deyəpolis müfəttişi vəzifəsini icra edən Anna Vronski mətbuata verdiyiaçıqlamada deyib.

Vronski qeyd edib ki, polis bunu terror aktı təşkil etmək cəhdikimi qiymətləndirmir, lakin hadisəyə son dərəcə ciddi yanaşır vəaraşdırma aparır.

"Şəhər küçələrinə səpələnmiş partlayıcı qurğular kiçik metalborulara bənzəyir. Onların bir qismi polis gəlməmişdən əvvəlpartlayıb, bəzilərini isə işə düşməzdən əvvəl aşkar etdik”, - deyəVronski əlavə edib.

Məqalədə:
Chosen
150
az.trend.az

1Sources