EN

Paytaxtda binada baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

Chosen
34
10
yeniazerbaycan.com

10Sources