Bakı. Trend:
Polşa Ukraynaya öz arsenalından 9-a qədər “MiQ-29” qırıcıötürməyi planlaşdırır. Qərar artıq qəbul edilib və hazırda Kiyevlədetallar müzakirə olunur.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müaviniPavel Zalyevski "TVP World" telekanalına açıqlamasındabildirib.
“Biz Ukrayna Müdafiə Nazirliyindən cavab gözləyirik. Danışıqlardavam edir. Hazırda yalnız texniki müzakirələr aparılır”, – deyəZalyevski əlavə edib.
Onun sözlərinə görə, Kiyev qırıcıların ötürülməsi ilə bağlıtəklifi dəstəkləyir və hazırda logistika və texniki məsələləryekunlaşdırılma mərhələsindədir.
"İlkin tədarük 10 təyyarədən az olacaq", – deyə nazir müaviniqeyd edib.