EN

Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər


Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.
Chosen
67
48
yeniavaz.com

10Sources