EN

Ombudsman Aparatının əməkdaşları Biləsuvardakı dövlət uşaq müəssisəsində monitorinq aparıblar

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə monitorinq həyata keçirilib.

Bu barədə SİA-ya Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından məlumat verilib.

Monitorinq zamanı uşaq müəssisəsinin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati sahələrinə baxış keçirilib, yaradılmış şərait və təminatın mövcud vəziyyəti uşaq hüquqlarının təmin olunması baxımından araşdırılıb.

Rəftar məsələlərinin öyrənilməsi məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi söhbətlər aparılıb.

Yekunda araşdırmanın nəticəsinə dair və ümumilikdə müəssisədə uşaq hüquqlarının təmini vəziyyətinin daha da təkmilləşdirilməsi, xüsusilə də mətbəx sahəsində qida nümunələrinin saxlanılması, habelə tibb otağında dərman vasitələrinin istifadə müddətinə nəzarətin gücləndirilməsi istiqamətində müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericiliyin tələbləri izah edilib.

Tövsiyələrin icrası təsisat tərəfindən nəzarətdə saxlanılacaq.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

"Azəriqaz"ın baş direktoru Naxçıvanda vətəndaş qəbulu keçirəcək

Sosial

Yanvarın 17-dən hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Sosial

“Yeni Dövlət Proqramı sosial-iqtisadi inkişafda yeni mərhələ açacaq“ - DEPUTAT DANIŞDI

Sosial

Pensiya yaşının dəyişdirilməsi məsələsi gündəmdə deyil - Zəka Mirzəyev

Sosial

"Təhlükə ətin miqdarından asılıdır" - EKSPERT DANIŞDI

Sosial

Milli Məclisin deputatı Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

Sosial

Pensiya yaşının azaldılması müzakirə mövzusu deyil - Zəka Mirzəyev

Sosial

Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edilib

Sosial

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Sosial

Sabah hava yağmursuz keçəcək

Sosial

Poçt şöbəsi yeni binada fəaliyyətini davam etdirəcək

Sosial

Sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə edilən artımlar AÇIQLANIB - Zəka Mirzəyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
130
sia.az

1Sources