EN

Rövşən Sadıxov vəzifəsindən azad edildi

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Rövşən Əbülfəz oğlu Sadıxov vəzifəsindən azad edilib.

 

Pravda.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

 

Digər sərəncamla Nihad Xalid oğlu Qurbanov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin İdarə Heyətinin sədr müavini təyin edilib.

Tarix: 15 Yanvar 2026, 17:41   
Chosen
138
6
pravda.az

7Sources