EN

TRIPP layihəsi Azərbaycanın və regionun strateji maraqlarını gücləndirir - ŞƏRH

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən TRIPP layihəsinin icrası üzrə çərçivə sənədinin qəbul edilməsi region üçün mühüm addım hesab olunur. Sənəd layihənin məqsədlərini, icra mexanizmlərini, məsul tərəfləri və resurs bölgüsünü dəqiqliklə müəyyən etməklə əməli işlərin başlanması üçün hüquqi və institusional baza yaradır.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Onun sözlərinə görə, Azərbaycanın TRIPP layihəsi üzrə icra çərçivəsini qəbul etməsi regionda nəqliyyat və enerji resurslarının səmərəli idarə olunması üçün model rolunu oynayır.

“Layihə çərçivəsində həyata keçiriləcək əməli işlər regional əməkdaşlığı gücləndirəcək və tərəfdaş ölkələr üçün nümunəvi təcrübə təqdim edəcək. Çərçivə sənədinin qəbulundan sonra layihənin icrası həm texniki, həm də strateji baxımdan daha sistemli olacaq. Layihə resursların optimal istifadəsini təmin etməklə, regionda siyasi stabilliyə töhfə verilir. Bu, həm də ölkənin beynəlxalq nüfuzunu artırır. TRIPP layihəsi region üçün böyük önəm daşıyır. Layihə regional inteqrasiya və davamlı inkişaf üçün model rolunu oynayır. Uğurlu icra tərəfdaş ölkələr arasında qarşılıqlı inamı gücləndirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcək. Bu, regionda davamlı inkişaf perspektivlərini möhkəmləndirir”, - deyə C.Dal bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsinin icrası Azərbaycanın strateji maraqlarını qorumaqla yanaşı, regional liderlik mövqeyini gücləndirir və ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir: “Layihə çərçivəsində həyata keçiriləcək əməli işlər iqtisadi dayanıqlığın artırılmasına və regional əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Beləliklə, TRIPP layihəsinin icra çərçivəsinin qəbul edilməsi yalnız əməliyyat baxımından deyil, həm də geosiyasi, strateji baxımdan Azərbaycanın və regionun maraqlarının qorunması, dayanıqlı inkişafın təşviqi və regional əməkdaşlığın gücləndirilməsi üçün vacib mərhələdir”.

Chosen
104
azertag.az

1Sources