Naxçıvanda minik avtomobili diametri 100 millimetr olan ortatəzyiqli qaz xəttinə çırpılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Culfa rayonunun Milax kəndində qeydə alınıb.
Nəticədə qaz xətti yararsız hala düşüb. Təhlükəsizlik səbəbi ilə beş kənddə (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qazın verilişi dayandırılıb.
Bildirilir ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.