Qışın sərt soyuqları küçə heyvanları üçün ciddi təhlükə yaradır. Mütəxəssislər bildirir ki, hər birimizin kiçik yardımı onların həyatda qalmasına böyük təsir göstərə bilər.
Sığınacaq hazırlamaq vacibdir: Ev şəraitiniz imkan verirsə, küçədə yaşayan heyvanlar üçün isti və quru yerlər yaratmaq faydalıdır. Plastik və ya ağac materiallardan hazırlanan sığınacaqlara saman və ya quru materiallar qoymaq istiliyi artırır.
Su və yem təmin edin: Qışda suyun donmaması üçün plastik qablar seçilməli, heyvanlar üçün vitaminli və balanslı qidalar təqdim edilməlidir. Quşlar da diqqətdən kənar qalmamalıdır, onlara xüsusi yemlər qoymaq həyati əhəmiyyət daşıyır.
Sığınacaqlara dəstək verin və diqqətli olun: Küçədə xəstə və ya yaralı heyvanları görməzdən gəlməmək, müvafiq qurumlarla əlaqə saxlamaq onların təhlükəsizliyini təmin edir. Avtomobilin kapotunda istilik axtaran heyvanlara görə də, maşını işə salmazdan əvvəl kapota vurmaq tövsiyə olunur.
Əminə Bayramova