ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Paşinyanın açıqlamasında əsas diqqət məhz Naxçıvan məsələsinə yönəlir. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqə Bakının uzunmüddətli strateji prioritetidir və bu məsələ təkcə nəqliyyat deyil, həm də milli təhlükəsizlik və regional inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıyır”.Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, Paşinyanın “hazırıq” mesajı onu göstərir ki, Ermənistan Naxçıvanın geosiyasi əhəmiyyətini artıq daha aydın dərk edir:“Naxçıvanın Türkiyə ilə birbaşa bağlantısı, Azərbaycanın regional tranzit imkanlarını genişləndirir və Cənubi Qafqazda yeni iqtisadi xəritə formalaşdırır. Bu reallıq Ermənistanı proseslərdən kənarda qalmamaq üçün mövqeyini yumşaltmağa vadar edir. Azərbaycan üçün isə Naxçıvana əlaqə sadəcə alternativ yol deyil, ölkənin ərazi bütövlüyünün funksional təminatıdır. Rəsmi Bakı bu bağlantının maneəsiz, davamlı və siyasi manipulasiyalardan uzaq olmasını tələb edir. Ona görə də Paşinyanın bəyanatı praktik addımlarla təsdiqlənmədiyi müddətdə ehtiyatla qarşılanacaq. Naxçıvan məsələsində konkret mexanizmlər, hüquqi təminatlar və real icra əsas həlledici amil olaraq qalır”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.