Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvanda minik avtomobili diametri 100 millimetr olan ortatəzyiqli qaz xəttinə çırpılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Culfa rayonunun Milax kəndində qeydə alınıb.
Nəticədə qaz xətti yararsız hala düşüb. Təhlükəsizlik səbəbi ilə beş kənddə (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qazın verilişi dayandırılıb.
Bildirilir ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.