EN

Nazirin bu görüntüləri müzakirəyə səbəb oldu - VİDEO

Ötən gün Ağ Evdə Qrenlandiyanın taleyi barədə keçirilən gərgin danışıqlardan sonra Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenin nümayiş etdirdiyi qeyri-adi davranışlar müzakirələrə səbəb olub.

Moderator.az xəbər verir ki, Danimarkanın TV2 kanalının yaydığı görüntülərdə nazir Rasmussenin Ağ Evdəki görüşdən hiddətlə çıxaraq dərhal siqaret yandırdığı və olduqca gərgin göründüyü əks olunub.

Kadrlarda nazirin həmkarı, Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtə də alışqan təklif etdiyi müşahidə edilir.

Xatırladaq ki, yanvarın 14-dÉ™ VaÅŸinqtonda baÅŸ tutan görüşdÉ™n sonra açıqlama verÉ™n Rasmussen ABÅž tÉ™rÉ™finin Qrenlandiyanı É™lÉ™ keçirmÉ™k planları ilÉ™ baÄŸlı mövqeyini dÉ™yiÅŸdirÉ™ bilmÉ™diklÉ™rini etiraf etmiÅŸdi.

Chosen
27
5
moderator.az

6Sources