Bakı. Trend:
Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kəndvə qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan vəfərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən,Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan, Hövsanqəsəbələrini əhatə edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət SuEhtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə mövcud şəbəkələr düzgün istismarolunmur:
"Binəqədi rayonunun elə əraziləri var ki, orada məskunlaşanəhali primitiv şəbəkələrdən istifadə edir. Bununla yanaşı həminşəbəkələr sakinlər tərəfindən düzgün istismar olunmur, xətlərəmüxtəlif adlı məişət əşyaları atılır. Bütün bu kimi problemlərinqarşısının alınması məqsədilə, ümumilikdə iri şəhərlərinərazilərində yeni, müasir tələblərə cavab verən tullantı suşəbəkələrinin qurulması məqəsədilə, konkret desək, su təchizatınıntam şəkildə vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edəcəksəviyyədə qurulması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindənDövlət Proqramı imzalanıb".
İlkin olaraq işlərə hansı ərazilərdən başlanacağı məsələsinə dəaydınlıq gətirilib:
"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasmahalları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayışməntəqələrində kanalizasiya və yağış suları infrastrukturununmərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorlarınvə nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılışqabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə buərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat vəməişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsizsu təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".
Qeyd edilib ki, yaşayış binalarında istismar müddəti sona çatantullantı su xətləri mütəmadi olaraq yeniləri ilə əvəzlənir, DövlətProqramının tələblərinə uyğun olaraq bu işlər daha şaxəli vəintensiv şəkil alacaq.