EN

İran hakimiyyətindən etirazçılara “şad xəbər”: asaraq öldürməyəcəyik

İran hakimiyyəti etirazçıları asaraq edam etməyəcək, bu, hətta nəzərdən keçirilmir.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Fox News-a verdiyi müsahibədə bildirib.

“Asmaqdan söhbət belə gedə bilməz. Bu, ABŞ prezidenti Donald Trampı buna cəlb etmək üçün başladılan dezinformasiya kampaniyasının elementlərindən biridir və bu, fəlakətli nəticələrə səbəb ola bilər.”, – Abbas Əraqçi bildirib.
Xarici işlər naziri qeyd edib ki, hazırda İranda “heç bir nümayiş və ya etiraz yoxdur” və ölkə sakitliyə qayıdıb.

İran xarici işlər naziri qeyd edib ki, ABŞ-ın Tehranı danışıqlara çağırışlarına gəldikdə, onlar Vaşinqtonun sülh haqqında danışmaq deyil, ölkəyə şərtlərini diktə etmək istəyini əks etdirir.
Abbas Əraqçi həmçinin bildirib ki, İranda baş verənlər ölkəyə qarşı “terror müharibəsinə” çevrilib, lakin Tehran vəziyyətə nəzarət edir.

//Samir Qurbanov, Editor.az

Chosen
113
editor.az

1Sources