“Başda ABŞ-nin olmaqla İran əleyhinə bir Qərb koalisiyası yaradılıb. Bu koalisiya uzun müddət İranı iqtisadi sanksiyalara məruz qoyaraq, iqtisadiyyat baxımından zəiflətmək planını işə salmışdı. Məqsəd nədir? Məqsəd İranda iqtisadi və sosial problemlər yaradaraq hakimiyyəti devirməkdir. ABŞ-nin məqsədi, strateji məqsədi İranda hakimiyyəti dəyişmək və İrana özünə münasib bir hakimiyyət qurmaqdır. Uzun müddət ki, ABŞ-nin bu planı özünü doğrultmur. Dəfələrlə müxtəlif təzyiqlər və təxribatlara baxmayaraq, İran dövləti duruş gətirir. Uzun müddət ki, ABŞ-nin və Qərbin İran daxilində pozuculuq işləri aparmaq üçün agentura şəbəkəsi yaradılıb. Bu casus şəbəkəsi müxtəlif strukturlarda fəaliyyət göstərir, həm dövlətin rəsmi, həm də qeyri-rəsmi qurumlarında fəaliyyətini davam etdirir. 12 günlük hərbi əməliyyat zamanı da bu casus şəbəkəsindən maksimum istifadə olunub. Bu şəbəkə ABŞ-nin və İsrailin dəqiq məlumatları əsasında İran generallarının və alimlərinin qətlə yetirilməsində informasiya ötürüb. Artıq bu faktlar bir daha göstərir ki, İran daxilində Qərbin casus şəbəkəsi aktiv fəaliyyət göstərir.”
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, xarici KİV-in məlumatına görə, ABŞ ordusunun yaxın 24 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi iddia olunur. Adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, Prezident Donald Tramp hücumların başlanması ilə bağlı artıq göstəriş verib, lakin əməliyyatın dəqiq vaxtı və miqyası hələ müəyyənləşdirilməyib. Qeyd olunur ki, Ağ Ev rəhbəri son günlərdə iranlılara müraciət edərək etirazları davam etdirməyə çağırıb və onlara dəstəyin yolda olduğunu bildirib.
Siyasi şərhçi qeyd edib ki, son vaxtlar bu proses özünü göstərməkdədir.