EN

Keçmiş cinayətlər, bugünkü güzəşt: Cəmiyyət NARAHATDIR!

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyan Ermənistana təhvil verilib. Bu, cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bir çox insanlar bu humanizmi razılıqla qarşılasalar da, bəzi şəxslər əli azərbaycanlıların qanına batan ermənilərin təhvil verilməsini məqbul saymadılar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, müharibələrdən sonra sülh quruculuğu elə də asan olmur:

“Bəzən qeyri-populyar addımlar atmaq lazım gəlir. Bu baxımdan Meşəli qırğınında iştirakı olan, əli məsum azərbaycanlıların qanına batmış Vaqif Xaçatryanın Ermənistana təhvil verilməsini doğru saymaq və həzm etmək asan olmasa da, anlamaq mümkündür. Bu çətin qərarı verə bilən Azərbaycan hakimiyyəti əslində çox asan humanist addımlar da ata bilər. Üstəlik, bu dəfə alqış qazanmaqla. Məsələn, həbsdəki Qarabağ qaziləri Tofiq Yaqublu və Ruslan İzzətli, səhhətində problemlər olan media eksperti və ictimai xadim Ələsgər Məmmədli, eləcə də jurnalist xanımlar azadlığa buraxıla bilər”.

“Əlbəttə, çox yaxşı olar ki, siyasi motivlə həbs edilmişlərin hamısı buraxılsın, amma ilk mərhələdə qeyd etdiyim kateqoriyadan olan şəxslər azad edilə bilər”, – ekspert yekunlaşdırıb.

Chosen
165
nocomment.az

1Sources