EN

Keçmiş hücumçu 45 yaşında VƏFAT ETDİ

Sankt-Peterburq "Zenit" klubunun keçmiş hücumçusu Dmitri Akimov 45 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə komandanın "Telegram" kanalı məlumat yayıb.

Klub futbolçunun ailəsinə və dostlarına başsağlığı verib.

Akimovun lüm səbəbi açıqlanmayıb.

Akimov 2000-ci ildə Minsk "Dinamo"su ilə Belarus çempionatında, 2001-ci ildə isə Sankt-Peterburq "Zenit" i ilə Rusiya çempionatında bürünc medal qazanıb. Hücumçu həmçinin Sankt-Peterburqun "Smena", Lipetskun "Metallurq", Novosibirskinin "Sibir" və Voronejin "Fakel" klublarında da oynayıb.

Chosen
108
publika.az

1Sources