EN

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracını artıracaq

Bakı.Trend:

2026-cı il üçün Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC)istiqamətində Aktau limanından gözlənilən tədarük həcmi 1,6 milyonton təşkil edir.

Trend bu barədə“KazMunayGas”a (KMG) istinadən xəbər verir.

2025-ci ildə BTC vasitəsilə ixrac olunan Qazaxıstan neftininhəcmi 1,3 milyon ton təşkil edib.

KMG-dan bildirilib ki, ötən ilin sonunda Xəzər Boru KəməriKonsorsiumunun (XBKK) sistemi vasitəsilə Qazaxıstan neftinintədarükünə tətbiq olunan məhdudiyyətlərlə əlaqədar olaraq, neftin“KazTransOil” ASC-nin (KTO) sistemi üzərindən digər ixracmarşrutlarına yönləndirilməsi istiqamətində işlər görülüb.

Təxminən 300 min ton neft KTO sistemi ilə sonrakı ixracistiqamətinə (Almaniya, Çin, Bakı–Tbilisi–Ceyhan, Novorossiysk vəUst-Luqa limanları vasitəsilə) göndərilmək üçün yönləndirilib.

Şirkətdə qeyd edilib ki, 2026-cı ilin yanvar ayında da XBKKtərəfindən neftin qəbulunda davam edən məhdudiyyətlər nəzərəalınaraq, yönləndirmə tədbirləri davam etdiriləcək.

Xatırladaq ki, 2025-ci il noyabrın 29-da XBKK-nin Novorossiysklimanı ərazisində yerləşən dəniz infrastruktur obyektlərinəekipajsız üzən vasitələrlə hücum edilib. Hücum nəticəsində uzaqdanyükləmə qurğusu VPU-2 ciddi zədələnib. Aqreqat tam təmir-bərpaişləri aparılanadək istismardan çıxarılıb.

Bu il, yanvarın 13-də isə Qara dəniz akvatoriyasında Xəzər BoruKəməri Konsorsiumunun dəniz terminalına doğru hərəkət edən üçtankere pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Məqalədə:
Chosen
166
az.trend.az

1Sources