EN

Moskvada parkinq davası QANLA BİTDİ – Erməni ailə yoldan keçəni BIÇAQLADI

Moskvada erməni ailə yoldan keçəni bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada parkinq yeri üstündə düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə Kiçik Botanika (Malaya Botaniçeskaya) küçəsindəki binanın qarşısında baş verib.

Məlumata görə, onkoloji xəstə olan sürücü “Kia” markalı avtomobili ilə əlillər üçün nəzərdə tutulan yerdə saxlayıb və dərman almaq üçün aptekə getmək istəyib. Lakin bu zaman hamama gələn erməni əsilli bir ailə ona hücum çəkib.

Qarlı hava səbəbindən parkinq yerləri məhdud olduğundan, onlar maşını hər hansı bir şəkildə saxlamaq üçün rəqabətə giriblər.

Mübahisə zamanı erməni qadın bıçaq çıxararaq xəstəni hədələyib. Bu vaxt 45 yaşlı yoldan keçən şəxs vəziyyətə müdaxilə etmək istəyib, lakin nəticədə kürəyindən bıçaq zərbəsi alaraq xəstəxanaya düşüb.

Aqressiv ailə polis tərəfindən saxlanılıb. Onkoloji xəstənin isə hadisədən ciddi şok keçirdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
85
interpress.az

1Sources