Bütün Ermənilərin Katolikosu II Qareginin və KQB agenti olan qardaşının fəaliyyəti Ermənistanın təhlükəsizliyinə təhdiddir.
Hakimiyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qaregini nəzərdə tutur - red.), onun fəaliyyəti və KQB agenti olan qardaşı Ermənistanın təhlükəsizliyinə təhdid yaradır", -Paşinyan deyib.
O əlavə edib ki, buna görə də Ermənistanın təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq məcburiyyətindəyəm.
Paşinyan həmçinin qeyd edib ki, Erməni Apostol Kilsəsindəki islahatlar da buna xidmət edir.
Paşinyan sonda özünü Erməni Apostol Kilsəsinin sadiq nümayəndəsi olduğunu bildirib.
Mürtəza