EN

Siqhlərə və etnik azlıqlara qarşı zorakılıq beynəlxalq nəzarət tələb edir

"Siqhlərə və digər etnik azlıqlara qarşı sistemli zorakılıq, irqi ayrı-seçkilik və hüquq pozuntuları uzun illər davam edib və bu sahədə beynəlxalq nəzarətin gücləndirilməsi vacibdir".

Teleqraf xəbər verir ki, bunu Siqh Federasiyasının sədri Bual Maninder Siqh bu gün Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O, Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətini tənqid edib:

“Konfransın məqsədi Hindistanda azlıqlara qarşı zorakılıq və diskriminasiyanın sənədləşdirilməsi, beynəlxalq təşkilatların diqqətinə çatdırılması və hüquqi monitorinqin gücləndirilməsidir”.

Chosen
205
teleqraf.com

1Sources