EN

Dayanacaqda ATIŞMA: 17 yaşlı gənc ona hücum edənləri GÜLLƏLƏDİ – VİDEO

Moskvada 17 yaşlı yeniyetmə üç nəfərə travmatik tapançadan atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada ictimai nəqliyyatda başlayan münaqişə atışma ilə nəticələnib. 17 yaşlı yeniyetmə dayanacaqda üç nəfərə travmatik tapançadan atəş açıb.

Hadisə avtobusda bir qrup kişinin səs-küy salması və ictimai asayişi pozması ilə başlayıb. Bu, sərnişinlərdən biri olan yeniyetmənin xoşuna gəlməyib və o, həmin şəxslərə irad bildirib.

Lakin xuliqanlar iradı qəbul etməyiblər və mübahisə avtobus dayanacağında davam etdirilib. Bu zaman işə travmatik silah qarışıb.

Baş verən dava və atışma nəticəsində ümumilikdə 4 nəfər, o cümlədən atəş açan 17 yaşlı gənc xəsarət alıb.

 

Xuraman Etibarlı

İnterpress.az

Chosen
73
interpress.az

1Sources