BAKI, 16 yanvar. TELEQRAF
İsveç Krallığının Malmö şəhərində vəfat edən, cənazəsi Azərbaycana gətirilən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin Hərbi Memorial Məzarlıqda vida mərasimi başlayıb.
Teleqraf xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə yanvarın 15-də Vətənə gətirilib.