EN

Arvadı ilə mübahisə edən ata iki uşağını öldürüb, daha sonra isə intihar edib - Ankarada dəhşətli hadisə

Türkiyənin Adana şəhərində arvadı ilə mübahisə edən ata iki uşağını öldürüb, daha sonra isə intihar edib.

Missiya.Az "Hürriyet"ə istinadən xəbər verir ki, qonşuların silah səsləri eşitdiyini bildirməsindən sonra polis və tibb qrupları ünvana göndərilib.

Hadisə axşam saatlarında Sarıçam rayonunun Boynuyoğun məhəlləsində baş verib. G.A əri Sergen Altunbaşla mübahisə etdikdən sonra evdən çıxıb. Arvadı getdikdən qısa müddət sonra Sergen Altunbaş ( 34 yaş) uşaqları Ada (8 yaş) və Mert Altunbaşa (6 yaş) silahla atəş açıb. Uşaqlarını güllələdikdən sonra Altunbaş özünü başına vurub.

Evə girən qruplar atanı və iki uşağını qan içində tapıblar. Tibb işçiləri Altunbaş və uşaqlarının öldüyünü təsdiqləyiblər. Hadisə yerində aparılan araşdırmadan sonra Altunbaş və uşaqlarının cəsədləri Adana Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

İlahə QənbərliMissiya.Az

Chosen
77
missiya.az

1Sources