EN

Pəncab rəsmisi: Hindistan dialoq əvəzinə hərbiləşməni seçib

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hindistan konstitusiyasında siqhlərin kimliyi faktiki olaraq silinib".

Oxu.Az xəbər verir ki, bu sözləri Pəncab hökumətinin insan hüquqları və azlıqların işləri üzrə naziri Rameş Sinqh Arora Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtımızda keçirilən "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, siqhlərə qarşı zorakılığın dərin kökləri siyasi fürsətçilik, dövlət repressiyası və siqh kimliyinin inkarı ilə bağlıdır:

"Hindistan konstitusiyasının 25-ci maddəsində siqhlər, buddistlər və digər icmalar ayrıca dini kimlik kimi tanınmır, hinduizmin qolları kimi təqdim olunur ki, bu da siqh kimliyinin konstitusion müstəvidə aradan qaldırılmasına xidmət edir. Sözügedən maddənin tətbiqi son onilliklər ərzində siqhlərə qarşı törədilən zorakılıq, təqib və kütləvi cinayətlərlə müşayiət olunub. Dialoq və konstruktiv yanaşma əvəzinə, Hindistan dövləti hərbiləşmə, insan hüquqlarının kobud şəkildə pozulması və dinc əhaliyə qarşı zorakılıq yolunu seçib".

Arora vurğulayıb ki, siqhlər Hindistan Silahlı Qüvvələrinin təxminən 6 faizini təşkil edir:

"Həmçinin siqhlərin özünəməxsus kimliyi var və tamamilə müstəqil, azad bir dindir. Pakistanda isə siqhlərə yanaşma tamamilə fərqli və müsbətdir".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
204
oxu.az

1Sources