EN

ABŞ-nin qərb sahillərində güclü zəlzələ baş verib

Sakit okeanın ABŞ-nin Oreqon ştatının sahillərində altı bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Tədqiqata görə, zəlzələnin episentri təxminən 16 100 nəfərin yaşadığı Kus-Bey şəhərindən 309 kilometr qərbdə olub. Episentr 7.1 kilometr dərinlikdə yerləşib.

Heç bir ölüm və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Chosen
27
1
7news.az

2Sources