EN

Hindistan dini icmalara qarşı I Özbaşına həbslər, məhkəməsiz edamlar

Bu sözləri Siqh Federasiyasının sədri Bual Moninder Singh Bakıda “Hindistanda siqhlərə və digər azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Onun sözlərinə görə, Hindistanda onilliklər boyu insan hüquqları ciddi şəkildə pozulur, o cümlədən özbaşına həbslər, məhkəməsiz edamlar, nifrət zəminində icmalararası toqquşmalar, insanların itkin düşməsi, həmçinin qadın və uşaqlara qarşı zorakılıq halları qeydə alınır.

Zikh vurğulayıb ki, belə bir praktika Hindistan dövləti tərəfindən təkcə fərqli düşüncənin yatırılması üçün deyil, həm də etnik və dini azlıqlara qarşı istifadə olunur. O hesab edir ki, bunun səbəbləri Britaniya dövrünün müstəmləkə irsində gizlənir və bunun nəticələri hələ də həssas əhali qruplarına son dərəcə kəskin şəkildə təsir göstərir.

AzVision.az
Chosen
37
1
azvision.az

2Sources