EN

Danışmağı öyrənənə qədər susmaq çətin deyil... - Məşhur macar yazıçıdan aforizmlər

Bu gün tanınmış macar yazıçı Kalman Miksatın doğum günüdür.

Kulis.az onun əsərlərindən aforizmləri təqdim edir.


Danışmağı öyrənənə qədər susmaq çətin deyil.

***


Qəssabdan ət alan çoban sayılmaz; qoyunun sahibi də ona baxan demək deyil.

***


Gecə sevgilinin əndamını olduğundan daha gözəl, düşmənini daha güclü, dərdini daha böyük, sevincini isə daha kiçik göstərir.

***


Ən böyük xoşbəxtliyin belə arxasınca və izində xoşagəlməyən bir “amma bəs?” sualı kölgə kimi dolaşır.

***

Dünya nemətləri insanı ruh aid zənginliklərdən uzaqlaşdırır.

***

Haqq xirqəsinin astarı vəzifədir.

***

Sısqa qoyuna arıq çoban...

***

İnsafsız əllərin yuvasını dağıdacağından qorxsa da quş yenə də yuva qurar.

***

Qızılın qarşısında dəmirin də beli bükülür...

***

Öskürəklə yoxsulluq gizlədilə bilməz.

***

Yoldan çıxaran şeytanın dili necə də şirindir.

Tərcümə etdi: Sevinc Mürvətqızı

Chosen
70
1
kulis.az

2Sources