EN

Bu, qiymətlərin artımına gətirib çıxarır Əmlak eksperti

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Paytaxtda aparılan söküntü nəticəsində vətəndaşlar kirayədə qalmalı olurlar. Bu isə kirayə bazarının aktivləşməsinə səbəb olur və kirayə bazarının aktivləşməsi də öz növbəsində, daşınmaz əmlakın satış bazarına təsir göstərir”. 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bunu 525.az-a bildirib.

O vurğulayıb ki, söküntü nəticəsində eyni zamanda, birbaşa kompensaiyalar ödənilir ki, həmin kompensasiyaların da son ünvanı daşınmaz məhz əmlak bazarıdır. Təbii ki, bu proses ciddi şəkildə əmlak bazarına təsir göstərir və qiymətlərin bahalaşmasına səbəb olur:

«Əvvəllər bir neçə il bundan qabaq yalnız mövsüm ərzində baş verirdisə, indi artıq bütün ilboyu biz bunu müşahidə edirik. Səbəbləri də bəllidir. Şəhərsalma tədbirləri, infrastruktur layihələrin icrası ilə bağlı olaraq, paytaxtın müxtəlif ərazilərində, istər köhnə sovet dövründən qalma yaşayış binalarının, istərsə də, bir və ikimərtəbəli fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin sürətli şəkildə sökülməsi prosesi baş verir. Bu da nəticə etibarı ilə ucuz mənzilə ehtiyacı olan təbəqə üçün mənzil tapılmasında ciddi problemlər yaradır. Belə olan şəraitdə təbii ki, tələb yüksəkdir, təklif isə aşağıdır, bu isə qiymətlərin artımına gətirib çıxarır”.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
525.az

1Sources