EN

Tramp gəmisinin xərci açıqlanıb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu barədə ABŞ-nin "Bloomberg" xəbər agentliyi Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadən məlumat yayıb. Bildirilib ki, gəminin tikinti xərcinin yekun məbləği onun həcmindən, ekipaj üzvlərinin sayından və döyüş texnikasından asılıdır: "Minimum xərc 15,1 milyard dollarda qərarlaşdırılıb, amma vəsaitin 22 milyard dollara yüksəlməsi mümkündür". Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus ən bahalı (13 milyard dollar) gəmi 2017-ci ildə istismara verilən "Gerald R. Ford" təyyarədaşıyan gəmisidir. Həcm baxımından ən böyük hərbi gəmilər isə 48 min ton su tutumuna malik "Ayova" sinifi idi. Hərçənd həmin sinif 1990-cı illərdə istismardan çıxarılıb.

Vaşinqton dünyada ən güclü hərbi gəmilər hazırlayacaq

Dekabrın 23-də Prezidenti Donald Tramp "Mar-a-Laqo" iqamətgahında keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri "Tramp sinifi" adı altında yeni növ hərbi gəmilərin istehsalına başlayacaq: "İlkin mərhələdə iki hərbi gəminin inşası planlaşdırılır. Bu gəmilər indiyədək hazırlanmış istənilən gəmidən daha böyük, daha sürətli və yüz dəfə daha güclü olacaq. Onlar ABŞ-nin dənizdə üstünlüyünü artırmaq məqsədilə qurulan "Qızıl Donanma"nın əsasını təşkil edəcək". Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
1
azvision.az

2Sources