EN

“Araz” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Ağdamda əmək yarmarkası keçirildi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə Ağdam şəhərində əmək yarmarkası keçirib.

Publika.az xəbər verir ki, əmək yarmarkası çərçivəsində iştirakçılara Ağdamda fəaliyyətə başlaması nəzərdə tutulan “Araz” mağazası üzrə 10-dan çox vakansiya təqdim edilib.

Satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər vəzifələr üzrə mövcud vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb və ilkin seçim prosesi həyata keçirilib.

Chosen
135
4
publika.az

5Sources