
AFB Bank-ın faiz gəliri 2024-cü ilin sonu ilə müqayisədə 3 milyon 624 min manat artaraq 26 milyon 96 min manata, faiz xərcləri isə 3 milyon 509 min manat artaraq 9 milyon 181 min manat çatıb. Buna görə də bank 16 milyon 914 min manat olub ki, bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 114 min manat çoxdur.
Kommersant.az xəbər verir ki, AFB Bank-ın qeyri-faiz gəliri 1 il ərzində 670 min manat artaraq 9 milyon 837 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 35 min manat artaraq 25 milyon 782 min manata yüksəlib. Yekunda AFB Bank-ın əməliyyat mənfəəti 5.4 dəfə və ya 4 milyon 251 min manat azalaraq 969 min manatadək əriyib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 4 milyon 390 min manat artıran bankın xalis mənfəəti də 7 faiz və ya 321 min manat azalaraq 4 milyon 257 min manata düşüb.
AFB Bank
2025 (IV Rüb)
2024 (IV Rüb)
Fərq
Faiz Gəliri
26.096
22.472
3.624
Faiz Xərci
9.181
5.672
3.509
Xalis Faiz Gəliri/Zərəri
16.914
16.800
114
Qeyri-Faiz Gəliri
9.837
9.167
670
Qeyri-Faiz Xərci
25.782
20.747
5.035
Əməliyyat Mənfəəti (Zərəri)
969
5.220
-4.251
Zərər Ehtiyyatı
4.538
148
4.390
Xalis Mənfəət (Zərər)
4.257
4.578
-321