EN

Təhsilini bitirməyənlərin NƏZƏRİNƏ İmtahan olacaq

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Ölkə.az-a verilən məlumata görə, bu il 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yanvarın 31-i saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
102
21
olke.az

10Sources