EN

Rusiya ordusu Ukraynada daha iki kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Zakotnoye, Zaporojye vilayətinin isə Jovtneve kəndlərini nəzarətə götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zakotneye "Yujnaya" hərbi qrupunun döyüşçülərinin, Jovtneve isə “Şərq” hərbi qrupunun bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində ələ keçirilib.

Qeyd edək ki, Rusiya ordusu xüsusən Donetskdə irəliləməyə davam edir.

Daşqın HəsənovMissiya.Az

Chosen
77
3
missiya.az

10Sources